Özbəkistan parlamentinin hər iki palatasının birgə iclasında Abdulla Aripov Baş nazir vəzifəsinə təsdiq edilib.
Mia.az xəbər verir ki, A.Aripov qısa və uzunmüddətli fəaliyyət proqramını təqdim edib.
Onun namizədliyi hakim Özbəkistan Liberal Demokrat Partiyası - Sahibkarlar və İş Adamları Hərəkatı tərəfindən irəli sürülüb.
1961-ci ildə anadan olmuş A.Aripov 1983-cü ildə Daşkənd Rabitə Elektrotexnika İnstitutunu bitirib, iqtisad elmləri namizədidir. Evli, beş atasıdır. "Dustlık" və "Mexnat şuxrati" ordenləri ilə təltif olunub.
M.Rzasoy