?Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və onun ətrafı tutduğu vəzifədən istifadə edərək rayonda rüşvətxorluqla, saxtakarlıqla, korrupsiya ilə məşğuldurlar?. Bu fikirlər Müasir Müsavat Partiyasının KİV-ə müraciətində qeyd olunub. Müraciətdə o da bildirilir ki, Müasir Müsavat Partiyası Nərimanov rayon İcra Hakimiyyətinin bu cür özbaşınalığına etiraz əlaməti olaraq 31.05.2010-cu il tarixdə saat 12.00-da Nərimanov İcra Hakimiyyətinin qarşısında 50 nəfərdən ibarət aksiya keçirməyə qərar verib. Bununla bağlı bu gün MMP Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.