Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatının iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət, ALDP sədri Fuad Əliyevin Moskva şəhərinə səfər, mayın 31-də ATƏT-in Bakı ofisinin qarşısında piket və iyunun 4-də Nərimanov heykəlin qarşısında mitinqinə hazırlıq işləri müzakirə olunub. ALDP sədri Fuad Əliyev çıxışında qeyd edib ki, o, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri, Dövlət Dumasının vitse-spikeri V.V.Jirinovskinin dəvəti ilə IV Ümumdünya Vətənpərvərlər Partiyalarının Konqresində iştirak edib. Tədbir may ayının 19-dan 22-ə qədər Moskva şəhərində keçirilib. Fuad Əliyev qeyd edib ki, toplantıda 30 ölkədən nümayəndələr (Belçikadan, Yaponiyadan, Ermənistandan, Belorusiyadan, Çindən, Çexiyadan, İrakdan, Ukraynadan, Estoniyadan, Livandan, Serbiyadan), Rusiya Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin əməkdaşları, ekspertlər, KİV, radio və televiziya nümayəndələri iştirak ediblər. Konqresdə ?Siyasi partiyaların qloballaşma və dünya maliyyə böhranı şəraitində rolu və əhəmiyyəti? mövzusunda müzakirələr aparılıb. İclasda piket və mitinqə hazırlıq işləri dinlənildi. ALDP sədr müavini Vahid Nəzərov toplantı iştirakçılara bildirib ki, BŞİH cavab məktub gəlməyib, amma buna baxmayaraq hazırlıq işləri yüksək səviyyədə aparılır. İclasda bəzi təşkilatı məsələlər müzakirə olunub.