Rusiya prezidenti Vladimir Putin İstanbulda baş verən qanlı terror aktında insanların həlak olması ilə əlaqədar həmkarı Ərdoğana başsağlığı verib.
Rusiyanın dövlət başçısı bu alçaq cinayəti qətiyyətlə pisləyir, onun icraçılarının və sifarişçilərin cavab verəcəyini bildirib.
Rusiya prezidenti vurğuladı ki,bu terror aktı terrora qarşı birgə mübarizənin vacibliyini göstərir.