"Terror təhlükəsindən əlavə, Dağlıq Qarabağda, Moldovada və Gürcüstanda dondurulmuş münaqişələri aradan qaldırmaq lazımdır".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

Onun sözlərinə görə, bu münaqişələr uzun müddətdir davam edir və təşkilata inamı azaldır və əməkdaşlığa xələl gətirir.

Türkiyəli nazir həmçinin Ukraynanın ərazi bütövlüyünün bərpası üçün çağırış edib.