Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin yığıncağı keçirilib.
Bu barədə Mia.az-a partiyadan məlumat verilib.
Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilib.
İdarə Heyətinin yığıncağında KXCP Ali Məclisinin növbəti sessiyasının 24 dekabr 2016-cı il, saat 11:00-da Partiyanın mənzil qərargahında keçirilməsi qərara alınıb.
Yığıncaqda 11 dekabr 2016-cı il saat 13:00-da 21 Azər Hərəkatının ildönümü ilə bağlı Milli Hökümətin rəhbəri Seyid Cəfər Pişəvərinin məzarını ziyarət etmək haqqında qərar qəbul olunub.
İdarə Heyətinin yığıncağında, son dövrlər qazdan zəhərlənmələr və intiharlarla bağlı müzakirələr aparılmış, baş verənlərdən narahatlıq ifadə olunub:
"KXCP İdarə Heyəti, müzakirə olunan məsələ ilə bağlı Respublika Prokurorluğuna, Daxili İşlər, Səhiyyə və Fövqaladə Hallar Nazirliklərinə sorğu göndərilməsinə qərarr verib".