Kuba inqilabının lideri Fidel Kastronun külü dəfn edilib.

Bu barədə "Telesur” telekanalı məlumat yayıb.

F. Kastronun külü Santyaqo-de-Kubanın Santa-İfiqeniya məzarlığında dəfn edilib. Kuba Dövlət Televiziyası dəfn mərasimindən canlı yayım verməyib.

Qeyd edək ki, dünən Kuba lideri Raul Kastro sadə, təvazökar dəfn mərasimi keçiriləcəyini bəyan eləmişdi.

APA