Milli Paralimpiya Komitəsində İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul olunub.
Bu barədə Mia.az-a komitədən verilən məlumata görə, iclasda komitənin V hesabat seçki yığıncağının keçirilməsinə hazırlıqla əlaqədar bəzi tədbirlər haqqında, "Bakı 2017” IV İslam Həmirəylik Oyunlarına hazırlığın vəziyyəti barədə və ARMPK-nin baş katibi haqqında məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib:
"Eyni zamanda, nizamnamənin tələblərinə uyğun olaraq 2017-ci ilin fevral ayında ARMPK-nin V hesabat-seçki yığıncağının keçirilməsi qərara alınıb və yığıncağın hazırlanib keçirilməsi məqsədi ilə Təşkilat komitəsi yaradılıb.
"Bakı 2017” IV İslam Həmirəyliyi Oyunlarına hazırlıqla əlaqədar Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
İK-nin qərarı ilə ARMPK-nin baş katibi vəzifəsinin icrası müvəqqəti olaraq Komitənin vitse-prezidenti Şaiq Həmidova həvalə edilib".