Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.
Mia.az xəbər verir ki, "Qarabağ” səfərdə "Slovan”ın qonağı olacaq. Bu qarşılaşma Ağdam klubu üçün tarixi əhəmiyyət kəsb edir.
Belə ki, Qurban Qurbanovun komandası Liberetsdən 3 xalla qayıdacağı halda, Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcək.
Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixin nailiyyətə imza atmasına kifayət edə bilər. Bunun üçün "Fiorentina” öz meydanında PAOK-a uduzmamalıdır.
Xatırladaq ki, hər iki oyun Bakı vaxtı ilə saat 22.00-da oynanılacaq.
Onu da qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində bu dəqiqələrdə digər təmsilçimiz "Qəbələ” "Bakcell Arena”da "Anderlext”i sınağa çəkir. Oyunun ilk hissəsi oynanılıb və hesab 1-1-dir...
72-ci dəqiqədə Qəbələ penaltini yerinə yetirə bilməyib.