Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli ABŞ və Kanadaya yola düşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, onlar konqresin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün mayın 19-dan 24-dək ABŞ-ın Nyu-York, mayın 24-dən 27-dək isə Kanadanın Ottava, Toronto və Vankuver şəhərlərində səfərdə olacaq. Səfər çərçivəsində DAK rəhbərliyi Nyu-York-da hər il ənənəvi olaraq keçirilən ?Türk yürüşü?nə qatılacaq və Kanada parlamentində, Xarici İşlər Nazirliyində, bu ölkədəki Azərbaycan diaspor təşkilatlarında görüşlər keçirəcək.