Bu gün Müsavat Partiyasının qərargahında Müsavat başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bir araya gəliblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, müxalifətin durumu, qarşıdan gələn parlament seçkiləri və digər məsələlər müzakirə olunub. S.Cəlaloğlu parlament seçkilərində müxalifətin iştirak perspektivləri məsələsinin də müzakirə olunduğunu deyib.