Vladimir Putinin Kastronun dəfn mərasiminə getməsi məsələsi hələ müəyyənləşməyib.
Bunu Rusiya prezidentinin köməkşisi Yuri Uşakov deyib.
Uşakov bildirib ki, Rusiya prezidentinin Kastronun dəfn mərasiminə gedib-getməyəcəyi ilə bağlı yekun qərar verilməyib(Axar.az).
Qeyd edək ki, Kuba inqilabının lideri Fidel Kastro noyabrın 25-də dünyasını dəyişib. Onun dəfn mərasimi dekabrın 4-də keçiriləcək.