AXCP Gənclər Komitəsinin fəalı İslam Sahiboğlu inzibati qaydada 30 sutka həbs edilib.
AXCP sədrinin müavini Gözəl Bayramlı Turan-a bildirib ki, İ.Sahiboğlu bu gün səhər saatlarında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə aparılıb.
"Axşam saatlarında İslam Şahinoğlu zəng edərək deyib ki, Yasamal Rayon Məhkəməsi polisə müqavimət ittihamı ilə onun 30 sutka inzibati həbsi barədə qərar qəbul edib”, - G.Bayramlı bildirib.