ABŞ dövlət katibi Hillari Klinton keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Hillari Klintonun sözlərinə görə, yeni sanksiyalar BMT ? nin Təhlükəsizlik Şurasına təqdim olunacaq. Belə ki, ABŞ İrana qarşı sanksiya tətbiq etmək üçün Təhlükəsizlik Şurasının digər iki üzvü ? Çin və Rusiyanın da razılığını əldə edib. Qeyd edək ki, ABŞ İranın nüvə istehsal etməsinə qarşı çıxır və sözügedən ölkəyə qarşı müxtəlif sanksiyalar tətbiq edir.