Azərbaycan kubokunun final oyununda Röya Respublika stadionunda oxuyacaq
XVIII Azərbaycan kubokunun final oyununda möhtəşəm şou-proqram təşkil olunacaq. Saat 18:45-də başlayacaq konsert proqramında "Dəyirman" və "Host" qrupları, həmçinin müğənni Röya öz mahnıları ilə çıxış edəcək.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, XVIII Azərbaycan kubokunun "Bakı" - "Xəzər Lənkəran" final oyunu saat 20:00-da başlayacaq. Oyundan sonra azarkeşlər arasında ?Nissan Sunny? avtomobilinin və digər qiymətli hədiyyələrin oynanıldığı uduşlu lotereya keçiriləcək.
Xatırladaq ki, kubokun final qarşılaşması mayın 23-də keçiriləcək. Biletləri oyunun keciriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47