Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bu barədə informasiyanı Rusiya Liberal Demokrat Partiyasının Mətbuat Xidməti yayıb.

Görüşdə əsas müzakirə mövzusu Rusiya-Türkiyə münasibətlərinin dərinləşdirilməsi olub(Axar.az).

Qeyd edək ki, Jirinovski dünən Türkiyəyə səfər edib. Səfər Türkiyə tərəfinin dəvəti ilə baş tutub.