Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink SivilToplumPlatformasının (STP) üzvləri Mehriban Rəhimli və Akif Qurbanovla görüşüb.

STP-dən Mia.az-a verilən mlumata görə, görüşdə STP üzvləri ABŞdiplomatıyla ölkədəki ictimai-siyasi vəziyyət, referendumun nəticələri və gözləntilər, vətəndaş cəmiyyətinin hüquqi və praktik durumu, MHŞT(EITI) Idarə Heyətinin son qərarından doğan nəticələr, siyasi azadlıqlar və siyasi məhbus problemləri, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri müzakirə edilib.

GörüşdəDövlət Departamentinin nümayəndəsilə yanaşı, ABŞ-ın ölkəmizdəki səfiri cənab Robert Sekuta və səfirliyin digər əməkdaşları iştirak edib.