isa Qəmbər ATƏT-in fəaliyyətini kəskin tənqid etdi
Müsavat Partiyasının başqanı İsa Qəmbər ATƏT-in demokratiya ilə bağlı mövqeyini sərt tənqid edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İsa Qəmbər ATƏT-in parlament seçkiləri öncəsi Azərbaycandakı təşəbbüslərinə münasibət bildirərkən deyib ki, sözügedən qurumun konkret bir fəaliyyəti yoxdur,
Onun sözlərinə görə, ATƏT Azərbaycanda demokratik seçkilərin keçirilməsi ilə bağlı mövqe qoymur, sadəcə ümumi tövsiyələr verir: ?Hesab edirəm ki, ümumi tövsiyələrlə kifayətlənmək olmaz. ATƏT Ermənistanla Azərbaycana deyir ki, Dağlıq Qarabağla bağlı sizin əvəzinizə qərar qəbul etməyəcəyik, özünüz həll edin. Bu da işğalçı tərəflə işğala məruz qalan tərəfə fərq qoymamaq deməkdir?.
Müsavat başqanı bu prinsiplə də ATƏT Azərbaycanda seçki məsələlərinə yanaşır. Onun fikrincə, istər Qarabağ məsələsi, istərsə də seçkilərin demokratik keçirilməsində ATƏT ortaya aydın, birmənalı mövqe qoymalıdır.
İ.Qəmbər Azərbaycandakı seçkilərdə müxalifətin iştirak edib-etməmək məsələsinə də toxunub. Onun sözlərinə görə, seçkidə iştirak edəndə də, etməyəndə də eyni mövqe sərgilənir: ?Biz həmişə mübarizə aparmışıq. Real müxalifət seçkiyə qatılıb mübarizə aparmaq əzmindədir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51