Ümid Partiyasında kadr islahatı aparılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu gün Ümid Partiyası sədri İqbal Ağazadənin sərəncamı ilə Rafiq Həsən Ümid Partiyası Humanitar Şöbənin sədri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Rafiq Abbasəli oğlu Həsən 1983-1992-ci illərdə Yevlax rayon İcraiyyə Komitəsində şöbə müdürü, 1992-1993-cü illərdə Yevlax şəhər İcra Başçısı vəzifələrində çalışıb. Qarabağ müharibəsi iştirakçısı olub.