"Bir ay 10 gündən sonra yeni il başlayır, hələ də növbəti ilin büdcəsi Milli Məclisə təqdim edilməyib".

Q.İbadoğlunun sözlərinə görə qonşu ölkələr artıq büdcə layihəsini parlamentlərinə təqdim edib: "Qanunun 13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. Bu gün noyabrın 19-dur, Qanunda nəzərdə tutulan ən sonuncu vaxtdan 1 ay 5 gün ötüb, amma Milli Məclis üzvlərinə növbəti ilin büdcə paketi hələ təqdim olunmayıb. Buna baxmayaraq Məclis üzvləri mətbuatda büdcənin müzakirəsinin niyə gecikdirilməsini deyil, məvaciblərini artımını müzakirə edirlər. Mənim ona etirazım yoxdur, amma onlar nəzərə almalıdırlar ki, məvaciblərinin artımarı elə büdcə sənədindən asılıdır. 125 nəfər arasında 1 nəfər də olsun büdcə sənədinin gecikdirilməsindən danışmır, elə bil ki, elə belə də olmalıdır. Baxmayaraq ki, indiki iqtisadi böhran dövründə bu sənəd daha çox müzakirə olunmaldır ki, daha da mükəmməl hala gətirilsin. Artıq Rusiya Duması federal büdcəni 1-ci ouxunuşda qəbul edib, Gürcüstan palamenti oktyabrın 10-dan büdcə müzakirəsinə başlayb. Biz isə hələ də gözləyirik, çox güman ki, dekabrda başlayacaq büdcə müzakirəsi bir neçə günə də yekunlaşacaq və beləliklə də ölkənin 1 illik iqtisadi həyatının taleyi parlamentdə bir neçə günə "həll olunacaq".