ABŞ prezidenti Barak Obama və Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaların Minsk razılaşması yerinə yetirilənə qədər qüvvədə saxlanılacağını bəyan ediblər.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Frans-Press agentliyi məlumat yayıb. Aİ ölkələri liderləri, həmçinin yeni seçilmiş prezident Donald Trampın da sanksiyaları dəstəkləməli olduğunu bildiriblər.
Qeyd edək ki, daha əvvəl Barak Obama və Almaniya kansleri Angela Merkel Ukraynadakı situasiya ilə bağlı Rusiyaya qarşı sanksiyaları müzakirə etmişdilər.