Dolların bahalaşması fonunda ərzaq məhsullarının qiyməti də günü-gündən artır. Bu, özünü ən çox ət və ət məhsullarında büruzə verir.
Dekabr ayının ortalarında ətin qiymətində kəskin bahalaşma müşahidə olunacağı gözlənilir. Ət kəsimi və heyvandarlıqla məşğul olanların verdiyi məlumata görə, artıq rayonlarda iri və xırdabuynuzlu heyvanların satış qiymətləri kifayət qədər bahalaşıb. Bu da bazarda ət qıtlığının yaranmasına səbəb olur.
Qəssablar deyirlər ki, artıq bahalaşma qaçılmazdır. Dekabr ayının ortalarından etibarən quzu əti 14-15, mal əti isə 12-13 manat olacaq. Qəssablar bunun səbəbini yem və yem əlavələrinin qiymətində baş verən kəskin bahalaşma ilə izah edirlər(cebhe.info)