Azərbaycan prezidenti İlham Əliyev Norveç Krallığının milli bayramı ? Konstitusiya günü münasibətilə Norveç kralı V Haralda təbrik məktubu göndərib. Prezident İlham Əliyev Azərbaycan ilə Norveç arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib: ?Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm?.