Dünya bazarında dollar digər bir sıra əsas valyutalara qarşı möhkəmlənməkdə davam etməkdədir. 

Bu ayın əvvəllərində 1.114 dollara dəyişdirilən avro bu gün 1.069-dək dəyər itirib. Bu isə o deməkdir ki, son günlər avro dollara nisbətən 4 faizdən çox ucuzlaşıb.

Mia.az xəbər verir ki, bununla bağlı açıqlama verən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, belə qısa müddətdə baş verən proses Avropa pulu üçün ciddi enişdir:

"Xatırladım ki, bu gün "Bloomberg" agentliyi gələn ay Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsinin artırması ehtimalının 94 faizədək yüksəldiyini açıqlayıb. Bu, il ərzində qeydə alınan ən yüksək ehtimaldır. FES-in uçot dərəcəsini artaracağı halda isə, dollar əksər valyutalara qarşı ciddi dəyər qazanmaqda davam edəcək".