Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin İrəvanda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək.

Bu barədə Mia.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
Qeyd edək ki, noyabrın 17-də İrəvanda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 8-ci qeyri-rəsmi görüşü keçiriləcək.

İrəvanda keçiriləcək görüşdə Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han və digər avropalı rəsmilər iştirak edəcək.

Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.