TuranBank müştərilərinə ABŞ dolları və avroda təklif etdiyi əmanətlərinin gəlirlilik faizini endirib.

Hazırda Bankın 1 illik əmanət faizləri ABŞ dollarında olan əmanətlər üçün 4-4,5%, avroda olan əmanətlər üçün isə 1,5-2% təşkil edir.

Fins.az-ın verdiyi məlumata görə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan Çətir əmanət növü üzrə 1 illik əmanət faizləri ABŞ dollarında olan əmanətlər üçün 3% və avroda olan əmanətlər üçün 1,5%-2% müəyyən edilib.

Banker.az