Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın döyüş gəmilərindən açılan raket atəşləri ilə İdib, Hələb və Hamusdakı müxaliflərin mövqeləri vurulub. Təkcə Hələbdə 10 nəfərin öldüyü, xeyli yaralının olduğu bildirilir.
ABŞ isə Rusiyanın Suriyada davam edən 5 illik savaşda bu gün ilk dəfə savaş gəmilərini hərəkətə gətirib, yeni silahdan istifadə etməsini isə "şou" adlandırıb: "Rusiya şou göstərir. Onlar İŞİD-i vurmaq əvəzinə, Hələbdəki mülki əhalini vururlar".
ABŞ-ın bu ittihamına Rusiyanın cavabı gecikməyib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Hələbə atəş açmayıblar: "Ancaq İdib və Hamusdakı terroristlərə zərbə vurulub. Bundan sonra da savaş gəmilərimiz əməliyyatda daha aktiv iştirak edəcəklər".
Suriya prezidenti Bəşər Əsəd isə Hələbi Rusiyanın deyil, onların vurduğunu bəyan edib: "Hələbi terrorçulardan təmizləmək istiqamətində əməliyyatı Suriya ordusu aparır".
Mia.az