Mayın 15-də Azərbaycanın aparıcı mobil operatoru ?Azercell Telekom? MMC korporativ brendinin yenilənmiş görünüşünü təqdim edib. Brendin yenilənməsi Avropada ən böyük telekommunikasiya şirkətlərindən biri olan ?TeliaSonera? adı altında birləşmiş bir neçə aparıcı mobil operatorun brend mahiyyətinin ahəngdar formaya gətirilməsinə yönəlmiş regional təşəbbüsün bir hissəsidir. Tədbirdə ?Azercell Telekom? MMC-nin prezidenti Əli Ağan, ?TeliaSonera Avrasiya?nın prezidenti Tero Kivisaari və başqaları yeni brend haqqında danışıbşlar.