MQP başqanı Vüqar Bəyturan 15 may tarixində ?Azadlıq? bloku tərəfindən keçiriləcək icazəsiz aksiyaya dəstək verdiklərini bildirib. Bu barədə MİA-ya açıqlama verən MQP başqanı aksiyanın tələbləri ilə həmrəy olduqlarını, hakimiyyətin kütləvi etiraz tədbirlərinə məhdudiyyətlər qoymasını pislədiklərini və bütün müxalifət qüvvələrinin birgə aksiyalara start verməli olduğunu qeyd edib. Vüqar Bəyturanın sözlərinə görə, MQP Siyasi Şurası partiya üzvlərinə 15 may aksiyasında iştirak etmək sərbəstliyi də verib.