Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Mardin bölgəsində Derikin icra nümayəndəsi olan Muhammet Fatih Safitürkün cənazə törənində çıxış edib.

Qeyd edək ki, Muhammet Fatih PKK terrorçuları tərəfindən törədilən partlayış zamanı şəhid olub. Terror aktında yaralanan rəsmi şəxs xəstəxanada dünyasını dəyişib.
 
Ərdoğan çıxışında bildirib ki, bu torpaqlar üçün millət çox şəhid verib: "Bu alçaqlar, bu əxlaqsızlar hesab edirlər ki, bunlarla nəyəsə nail olacaqlar. Biz Muhammed Fatihlerimizin qanlarını yerdə buraxmayacağıq".
 
Ərdoğan edam cəzası haqqında da danışıb: "Edamla bağlı mövzu artıq hökumətin gündəmindədir. Parlament də bu qərarı verdikdən sonra prezident olaraq qanunu mən təsdiqləyərəm. Dediyim kimi, bununla bağlı qərarı qərb yox biz verəcəyik".

Türkiyənin Daxili İşlər naziri də dəfndə çıxış edərək, bildirib ki, PKK-nın tam məhv edəcəklər: "Elə edəcəyik ki, kimsə bu PKK-nın adını belə dilinə almayacaq".

Mia.az