"Belarus-Türkiyə əlaqələrinin inkişafında yeni mərhələ başlayacaq".

Bunu Rəcəb Tayyib Ərdoğanla danışıqlarda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Səfəriniz nəticəsində münasibətlərimizin inkişafında daha bir addım atmışıq", – Belarus lideri əlavə edib(Strateq.az).

Qeyd edək ki, bu gün Türkiyənin dövlət başçısı rəsmi səfərlə Belarus paytaxtına gəlib. Türkiyə prezidentini 200 nümayəndə müşayiət edir. Səfər çərçivəsində Belarus-Türkiyə biznes forumu da keçiriləcək.