Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov bir daha deputat Zahid Oruca əsəbləşib.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, Oqtay Əsədov iclasın gündəlikdə olan məsələləri bitdikdən sonra bəzi deputatlara danışmaq üçün söz verib.

Spiker Tahir Kərimliyə söz verərkən Zahir Oruc siyahının olub-olmadığını, o siyahıya yazılmağın mümkünlüyünü soruşduqda spiker belə deyib: "Zahid Oruc, sən bu hövsələvi saxla da…Siyahı var ki?!".