Milli Məclisin deputatı Elman Nəsirov Dünya Azərbaycanlıları (DAA) Assamblyeasının beynəlxalq məsələlər üzrə vitse-prezidenti təyin olunub.
Assambleyadan Mia.az-a verilən məlumata görə, bu barədə DAA-nın prezidenti Rəşad Quliyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası 9 iyun 2016-cı il tarixində Almaniyada beynəlxalq təşkilat kimi qeydiyyata alınıb. Təşkilatın mərkəzi Almaniyanın Köln şəhərindədir.