?Mina Qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək? İctiamai Birliyi Qusarda N saylı hərbi hissədə Heydər Əliyevin doğum günü ilə əlaqədar təşkil etdiyi tədbirdə müğənni Könül Kərimova ilə Cabbar Musayevin iştirakdan imtina etməsi narazılığa səbəb olub. Bu barədə MİA-ya MQSİPHK İB-nın mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, tədbirə dəvət olunanlar içərisində Könül Kərimova və Cabbar Musayev həmin hərbi hissədə olub və geri qayıdıblar: ?Sağlamlıqlarını, bir ayağını Qarabağ Müharibəsi zamanı itirmiş təşkilat rəhbərinin keçirdiyinə və ən azı Azərbaycan Milli Ordusunun- Qusar hərbi hissəsində xidmət edən əsgər və zabitlərimizi uşaq-muşaq adlandırıb geri qayıtmalarını adı çəkilən iki təşkilat və ictimaiyyətimiz pisləyir. Onların bu hərəkəti Ümumilli Liderin anım gününə və Qüdrətli Ordumuzun adına bir hörmətsizlik kimi dəyərləndirilib. Bu səbəbdən də Könül Kərimovanın və Cabbar Musayevin efirə buraxılmasına etirazımı bildiririk?. [b]Rəhilə[/b]