Respublikaçı Donald Trampın qələbəsi Rusiyada isti qarşılansa da, prezident Vladimir Putin Ağ Evin yeni sahibi ilə münasibətlərdə ehtiyatlı davranacaq.

Avropa.info xəbər verir ki, bu barədə Kremldəki mənbələrinə istinadən "Bloomberg” agentliyi xəbər yayıb.

Putin Trampın nə qədər uzağa gedə biləcəyini görmək üçün ehtiyatlı olacaq, nəinki qolları ona açacaq. Putin Kremlə xəbərdarlıq edib ki, Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası elə də asan yolla olmayacaq.

Trampın qeyri-müəyyənliyi Vaşinqtonun antirusiya siyasətini birdən-birə dəyişəcəyinə şübhə etməyə əsas verir.

Xatırladaq ki, Rusiya Duması Trampın qələbəsini böyük sevinc hissi ilə qarşılayıb, Vladimir Putin isə gələcək prezidenti təbrik edib.