Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Amerikada keçirilən seçkilərin nəticəsindən danışıb.
O bildirib ki, Amerika xalqı öz seçimini etdi: "Bu Amerika xalqının seçimidir və hörmət edirik. Azərbaycanın enerji, təhlükəsizlik sahəsində Amerika ilə əməkdaşlığı var. Azərbaycan qoşunları Amerika qoşunları ilə çiyin-çiyinə sülh yaratma prosesində iştirak edir.
Ən böyük gözləntimiz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Düşünürük ki, Amerika ATƏT-in Minsk qrupunda mövqeyini bundan sonra daha da dinamikləşdirəcək".
qafqazinfo