Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) "Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in nəzarətində olan Əl-Bab şəhərinin Tərhinə, Zuziyak, Susanbat, Numan kəndlərini ələ keçirib.
Axar.az xəbər verir ki, müxaliflər bu hücumlardan sonra şəhərin mərkəzinə 10 km-ə qədər yaxınlaşmağı bacarıb.
Qeyd edək ki, "Fərat qalxanı” əməliyyatı 77 gündür ki, davam edir.