Bakıda Azərbaycan-Serbiya biznes forumu izə bazlayıb
Mayın 13-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu işə başlayıb.
Tədbirdə Azərbaycan və Serbiya tərəfdən hökumət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, enerji, əczaçılıq, tikinti, nəqliyyat, neft, kimya və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edir.
Biznes forumda Serbiyanın İqtisadiyyat və Regional İnkişaf Nazirliyinin dövlət katibi Ciric Neboyja və Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə məlumat vermiş, işgüzar görüşlərin əhəmiyyətini vurğulamış, iş adamlarını investisiya layihələrində birgə iştiraka dəvət etmişlər.
Forum çərçivəsində keçiriləcək ikitərəfli görüşlərdə Azərbaycan və Serbiya iş əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19