Bu gün Serbiya prezidenti Boris Tadiç Bakıya gəlib. Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə reallaşan səfər 2 gün davam edəcək. Səfər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq. Tadiç Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.