Azərbaycan prezidenti İlham Əliyev mayın 12-də ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanaunu qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. ABŞ-ın Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanau bu gün xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüş zamanı ikitərəfli, regional və qlobal məsələlər müzakirə olunub.