Noyabrın 7-dək ölkə ərazisində 50 min 416 ton pambıq tədarük olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən Mia.az-a daxil olan məlumata görə, pambıq yığımında Saatlı rayonu liderdir. Bu rayon noyabrın 7-dək 7 460 ton pambıq tədarük edə bilib. İkinci yerdə Sabirabad (5 247 ton), üçüncü pillədə isə Biləsuvar rayonu (4 818 ton) gəlir.