Bu gün KXCP qərargahında Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar və Müsavat Partiyası arasında məsləhətləşmələr davam etdirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ölkədə yaranmış ictimai-siyasi vəziyyət, hakimiyyətin korrupsioner siyasəti nəticəsində 100 minlərlə insana dəymiş ziyan, sel fəlakəti müzakirə olunub. Bu mövzuda dəyirmi masa keçirməyi qərara alınıb. 21 may mitinqinə hazırlığın gedişi müzakirə olunub. 2010-cu il palament seçkilərinə hazırlığın vəziyyəti, namizədlər siyahıları müzakirə olunub. Qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.