Xalqların Demokratik Partiyası (HDP) Türkiyə parlamentində fəaliyyətini dayandırıb.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün səhər açıqlanıb.
Qərara görə, partiyanın sədri və deputatların həbsinə etiraz olaraq, partiyanın heç bir deputatı parlamentin iclasına qatılmayacaq.
Xatırladaq ki, HDP 80 deputatla məclisdə təmsil olunur. Bunun da 9-u iki gün əvvəl terrora dəstək vermək ittihamı ilə həbs olunub.
Mia.az