MHP lideri Dövlət Bahçeli HDP-li deputatların həbsinə reaksiya verib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP lideri bu gün yaydığı yazılı açıqlamada 142 deputatın toxunulmazlıq hüququnun qaldırıldığını, bunun da 53-nün HDP-li deputatlar təşkil etdiyini xatırladaraq, tHDP sədri Demirtaş başda olmaqla, kürd deputatların həbsinə haqq qazandırıb:
"HDP-li deputatların haqlarında iddia edilən ittihamlardan yana məhkəməyə çağrılmaları aylardır millətimizin gözü önündə cərəyan edir. Buna rağmən, HDP-lilər sanki imtiyazlı, sanki ayrıcalıklı bir zümrə kimi hərəkət edərək, Türk ədalətinə meydan oxudular, məhkəməyə getmədilər. Əlbəttə, buna haqq və yetkilərinin olmadığı çox açıqdırr. Bu durum qarşısında bəzı HDP-li deputatlar saxlanılmış, bunlardan 9-nun barəsində isə həbs qərarı çıxarılmışdır.
Türkiyəyə düşməncə hücum edən, hər gün şəhadətlərə səbəb olan bölücü terror təşkilatı PKK-ya sevgilər göstərib, sürəkli dəstəkləyən HDP-lilərin prokuror və məhkəmə qarşısında çıxarılmaları doğru, yerində və qanuni qərardır. Bundan heç kimsə rahatsız olmamalı, olan varsa da, əvvəlcə öz niyyət və məramını sorğulamalıdır".
Mia.az