Türkiyə Silahlı Qüvvələri bu gün Suriyanın şimalındakı hərbi əməliyyatlarda itki verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb, onlardan 1-i xəstəxanada vəfat edib.