Azərbaycan diasporu Moskvada "Xalqların Birliyi Günü” adlı paradda iştirak edib.
ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdilinin Mia.az-a verdiyi məlumatlna görə, paradda Azərbaycan diasporunun üzvləri bə tələbələr fəal iştirak ediblər.
Ümumrusiya azərbaycanlıları konqresi , "Azərbaycan mədəniyyətinin inkişaf və intibah” Fondu və "Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin qatıldığı paradda yüzlərlə həmyerlimiz Azərbaycan bayraqları dalğalandırılıb və Azərbaycanla bağlı şüarlar səslən irilib.
Həmçinin "Qarabağ” ansamblının milli musiqi nömrələri də tədbir boyu ifa edilib.