Bu gün Misirə rəsmi səfəri çərcivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu ölkənin neft və mineral ehtiyyatlar naziri Tarık əl Molla ilə göruşüb.
Mia.az SOCAR-a istinadən xəbər evrir ki, görüşdə tərəflər SOCAR ilə EGPC (Misir Dövlət Neft Şirkəti) arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda SOCAR prezidenti R.Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidi tərəfindən iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.