Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
AMB-dən Mia.az-a verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,6381 məzənnəsi ilə başlayıb və 1,6471 məzənnəsi ilə yekunlaşıb.
Qeyd edək ki,son vaxtlar AMB hərraclarda 3-sü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axsama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,55% artması deməkdir.
Xatırladaq ki, sabaha olan məzənnə 1,6471 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların tarixi maksimal rəsmi məzənnəsiolacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə2016-cı il martın 11-də (1,6456 AZN/USD) qeydə alınıb.
Qeyd edək ki, bu gün,noyabrın 1-də rəsmi məzənnə 1,6381 AZN/USD-dir.