Bu gün Polşanın Azərbaycandakı səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda gənc pianoçuların Frederik Şopen adına festivalı açılıb. Festival dahi polyak bəstəkarı Frederik Şopenin anadan olmasının 200 illik yubileyinə həsr olunub. Festivalda Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edirlər. Musiqi bayramı iki yaş qrupu üzrə keçirilir. 1-ci qrupa 13, 2-ci qrupa 14-17 yaşlı pianoçular qatılıb. Hər iki qrup üzrə iştirakçıların seçimi iki mərhələdə keçirilir. Festival mayın 13-də başa çatacaq.