Bu, Azərbaycan milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin Ordubadın Kələki kəndində çəkilən sonuncu fotosudur.

1997-ci ilin oktyabr ayının 30-dur və Elçibəy 4 il 4 aylıq məcburi hicrətdən sonra paytaxt Bakıya qayıtmaq üçün yola çıxıb.

Onun yanındakılar köməkçiləri və mühafizəçiləridir. Onlar da 4 il 4 ay boyunca Elçibəyi bu dağ kəndində tənha qoymamışdılar, onun həyatına təhlükə yarandığı dövrdə də yanında olmuşdular. 

Kələkidə 4 ağır il keçirən Elçibəy Bakıya qayıtdıqdan sonra bir daha öz doğma kəndinə dönə bilmədi...


Musavat.com